image_15

Azerbaycan’dan Sevinç Hanım’ın çok güzel tarifleri var fakat Sevinç Hanım orijinal Azerice yazdığı için tarif üzerinde oynama yapamadım. Bu tarif daha çok Azeri kardeşlerime özel olsun 🙂 Ben de daha evvel şekerbura tarifi vermiştim ama, bu tarifi bir Azeri’nin yapması başka oluyor tabi..:) Ellerin dert görmesin Sevimli Sevinç Xanım 🙂

Lazım olan ərzaqlar:

1 kq un
300 qram kərə yağı
5 ədəd yumurta (sarısı)
1/2 stəkan şəkər tozu
1/3 ç/q maya
vanil
bir çimdik duz
Yoğrulana kimi süd

İçlik:

0,5 kq qovrulmuş fındıq
0,4 kq şəkər tozu
hil, vanilşeker

Hazırlanışı

Mayanı ilıq, şəkərli suya əlavə edib köpməsini gözləyirik. Bu vaxta qədər də unu dərin qaba ələyirik. Kərə yağını sürtgəcdən keçirib bura əlavə edirik və həmcins kütlə alınana kimi, umac kimi ovuruq.

Sonra yumurtanın sarısını, şəkər tozunu, mayanıı, vamili, duzu, az-az da südü əlavə edib çox da yumşaq olmayan xəmir yoğururuq. Xəmiri acıması üçün 20 dəqiqədən çox gözlətməyin ki, sona yaxın daha da acımış olmasın.

Mən şəkərburanı tək-tək hazırlayıram, yəni yuxa yayıb kəsmirəm. Ona görə də əvvəlcədən on-on kündələyirəm, sonra onu yayıb üst-üstə yığıram.

Yayılmış kündəni ovucun içində tutub 1 dolu qaşıq içlik qoyub kənarlarını ehtiyatla ağız-ağıza gətiririk. Elə etməliyik ki, içlik xəmirin kənarına dəyməsin, yoxsa bişən zaman şəkəburalar açıla bilər.

Kənarını vintvari burub üstünə naxış vururuq, qənnadı təbəqəsinə yığıb 20 dəqiqə gözləyirik. Üstünün naxışı tam qurumalıdır ki, sobaya qoyanda naxışlar itməsin.

Şəkərburanın ancaq alt hissəsi qızarmalıdır deyə sobada üst gözü yandırmaq lazım deyil. 20-25 dəqiqə ərzində şəkərbura hazır olur. Sobadan çıxardığımız şəkərburanı süfrənin üstünə yığıb soyumasını gözləyirik.