Değerli kardeşimiz, Azeri gülümüz Aylin bize farklı bir helva tarifi göndermiş. Elleri dert görmesin. Azerice yazdığı tarifte anlamadığımız kısımlar olabilir. O halde, haydi Aylin’i soru yağmuruna tutalım 🙂

Umac Halvası

Salam Cahidə abla ve diğer arkadaşlarım..Mən sizə Umac halvasının reseptini vermək istəyirəm. Aşura günü dəqiq resept əlimdə olmadığı üçün Nursevin ablanın un halvasını etdim..Anam çox bəyəndi..

Umac halvası daha çox bəyənilən və bir az un halvasına baxanda çətindi..Hər qadın etməyi bacarmaz.Anam heç vaxt halva çalmayıb. Amma mən çalmağı öyrəndim..Anam sayəsində,.İndi isə resepti verim inşaallah:

Lazım olan ərzaqlar:

  • 1L banka un
  • 0.5 su stəkanı gülab
  • 0.5 kq kərə yağı
  • 1 cimdik duz.
  • Şərbəti üçün
  • 1L banka su
  • 1 kq şəkər tozu
  • 1 cimdik zəfəran

20- ədəd yuxa (Bizdə adətən halvanı yuxa ilə yeyilir.)
Hazırlanma qaydası:

İlk öncə şərbəti hazırlanır.Qazana su və şəkər tozu tökülür.Arada qarışdırılır.Şəkər tozu əriyən kimi ocaqdan götürülür.Qaynatmaq olmaz.Bir cimdik zəfəran şərbətə tökülür.
Bu resept dəqiqdi.1 litirlik su bankasına un doldurub dərin bir qaba tökürəm..Sonra gülabı az az una tökürəm..tam yoğurmuram. Şəkildə də aydın görsənir.Sonra alınan xəmiri aş süzəndən keçirirəm.Daha sonra kərə yağını böyük qabda əridirəm.Əriyən yağa umacı əlavə edib qarışdırırıq.10 dəqiqə əlimizi çəkmədən qarşıdırıq..Yoxsa bir tərəf qızarar bir tərəf qızarmaz.Umacın rəngi azca tüntləşəndə şərbəti tökürük.Tez tez qarışdırmaq lazımdı.5 dəqiqə qarışdırıb ocaqdan götürürük.İsti isti boşqablara çəkib forma veririk..

Buyurun nuş olsun.